SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanda ilk dəfə - “Onlayn könüllü”!

Azərbaycanda ilk dəfə - “Onlayn könüllü”!
16-07-2019, 12:10

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyi “Könüllü DOST” proqramı çərçivəsində Azərbaycanda ilk olacaq daha bir layihəyə imza atır.

Nazirlikdən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Agentlik tezliklə “Onlayn könüllü” proqramını reallaşdıracaq.

Evdə və yaxud istənilən başqa məkanda olaraq da DOST Agentliyinin könüllüsü kimi fəaliyyət göstərmək mümkün olacaq. Bunun üçün yalnız kompüter, planşet və ya smartfon kifayət edəcək!

Bu proqram həmçinin əlilliyi olan şəxslərin sosial inteqrasiyası baxımından uyğunluq təşkil edir və onların evdən çıxmadan könüllü kimi fəaliyyət göstərmələri üçün yaxşı imkan yaradır.

“Onlayn könüllü”lər təhsil, təlim, tədqiqat, PR, konsaltinq və s. sahələr üzrə verilən tapşırıqları onlayn qaydada yerinə yetirəcəklər.

Namizədlərin qeydiyyatı barədə tezliklə məlumat veriləcək.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031