SON DƏQİQƏ

naxcivanxeberleri.com

Gömrük orqanları əməkdaşları üçün praktiki seminar təşkil edilib

Gömrük orqanları əməkdaşları üçün praktiki seminar təşkil edilib
15-07-2019, 17:11

Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə “Elmi texniki, kriminalistik üsul və vasitələrdən istifadə etməklə keçirilən ekspertizalar” mövzusunda Məhkəmə Ekspertizası Mərkəzində Naxçıvan Muxtar Respublikası Gömrük Komitəsinin əməkdaşlarının iştirakı ilə praktiki seminar keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, seminarda Məhkəmə Ekspertizası Mərkəzinin rəisi, ədliyyə müşaviri Rafiq Cəfərov iştirakçılara Məhkəmə Ekspertizası Mərkəzində həyata keçirilən ekspertizalar haqqında məlumat verərək bildirmişdir ki, cəmiyyətin hazırkı inkişaf mərhələsində məhkəmə ekspertizası işinin yaxşılaşdırılması, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi, hər bir cinayətə görə məsuliyyətin və cəzanın labüdlüyünün təmin edilməsinin əsas şərtlərindən biri də ekspertiza fəaliyyətidir. Məhkəmə-ekspert fəaliyyəti ilə məhkəmə istintaq orqanlarının fəaliyyəti arasında mövcud hüquqi münasibətlərin əsasını ədalət mühakimə icraatının prinsipləri təşkil edir. Bu da hüquq mühafizə orqanları və ekpertlər tərəfindən qanunun tələblərinə dürüst riayət olunmasına xidmət edir.
Vurğulandı ki, .Məhkəmə Ekspertizası Mərkəzi ilə muxtar respublikanın gömrük orqanları arasında sıx əlaqələr mövcuddur. Gömrük orqanlarının təyin etdiyi ekspertizalar müasir avadanlıqların köməyi ilə tədqiq edilərək vaxtında rəy və arayış şəklində cavablandırılır. Belə seminarların təşkili bu qurumlar arasında elmi-texniki, kriminalistik üsul və vasitələrdən istifadə edilməklə keçirilən ekspertizalar sahəsində təcrübə mübadiləsinə böyük köməklik göstərəcəkdir.
Sonra seminar iştirakçıları mərkəzdə fəaliyyət göstərən laboratoriyalarla tanış olublar. Atəş zalında böyük ekspert, I dərəcəli ədliyyə qulluqçusu Səməd Şahtaxtınski tərəfindən seminar iştirakçılarına məhkəmə ballistik ekspertizası sahəsi üzrə müasir avadanlıqlar və onlarla işləmə qaydaları haqqında ətraflı məlumat verilib.
Pul nişanlarının, əskinazların, metal sikkələrin və qiymətli kağızların ekspertizası sahəsi üzrə ekspert, I dərəcəli ədliyyə qulluqçusu Anar Məmmədov müasir kriminalistik avadanlıq vasitəsilə aparılan tədqiqatlar haqqında, fiziki-kimyəvi laboratoriyada ekspert II dərəcəli ədliyyə qulluqçusu İnci Abışova və böyük ekspert, I dərəcəli ədliyyə qulluqçusu Bayram İsmayılov isə narkotik vasitələrin və psixatrop maddələrin ekspertizası zamanı istifadə olunan avadanlıqların iş prinsipi barədə məlumat veriblər.
Sonda seminar iştirakçılarının sualları cavablandırılmışdır.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930