SON DƏQİQƏ

naxcivanxeberleri.com

Suvarma suyu kifayət qədərdir

Suvarma suyu kifayət qədərdir
14-07-2019, 21:55

Şərur rayonunda 27 min hektardan artıq torpaq sahəsi müxtəlif suvarma qurğuları vasitəsi ilə qidalanır. Meliorasiya və suvarma qurğularının lazımi səviyyədə istismarı ilə yanaşı, lazım olan yerlərdə təmir işləri də ardıcıl davam etdirilir, nasos stansiyalarının, subartezian quyularının fasiləsiz işinin təmin olunması üçün vaxtaşırı tədbirlər həyata keçirilir.

Sel sularının ciddi fəsad törətməsinin əvvəlcədən qarşısını almaq məqsədi ilə Arpaçayın yatağı boyunca sahilbərkitmə tədbirləri davam etdirilir, çay yatağı təmizlənir, kənarları bərkidilir. Bu, torpaqların şoranlaşmasının da qarşısını alır.

Yaşayış məntəqələrindəki içməli su xəttlərinin təmiri də diqqət mərkəzindədir.

Bu gün Arpaçay dəryaçasında yığılan suyun maksimum səviyyədə olması belə deməyə əsas verir ki, mövsüm ərzində əkin sahələrini suvarma suyu ilə tam təmin etmək mümkün olacaqdır. Yerlərdə sudan səmərəli istifadə olunması, arxlardakı və kanallardakı sızmaların qarşısının alınması da daim nəzarətdədir.



“Şərurun səsi” qəzet

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30