SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanımızın qaytarıldığı gün- Ülviyyə Həmzəyeva yazır...

Azərbaycanımızın qaytarıldığı gün- Ülviyyə Həmzəyeva yazır...
13-07-2019, 11:56

1969-cu ilin 14 iyulu respublikamızın milli tarixində dönüş nöqtəsi, xalqımızın yaddaşında ən şərəfli, müqəddəs gün kimi xatırlanır. Bu il Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətinin 50 illiyi qeyd olunur.Respublikamızın istər mədəni,istərsədə siyasi- iqtisadi yüksəlişində, xalqımızın rifah halının yaxşılaşdırılmasında, indiki müstəqil dövlətimizin təməlinin qoyulmasında bu günün hər Azərbaycanlının həyatında müstəsna rolu olmuşdur.

Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində Heydər Əliyev dönəminin müstəsna rolu var. Dünya şöhrətli siyasətçi, görkəmli dövlət xadimi Heydər Əlirza oğlu Əliyev öz müdrik fəaliyyəti ilə müasir tariximizin ən şanlı və parlaq salnaməsini yaratmışdır. Azərbaycanımızı dünyaya tanıdaraq, nüfuzunu yüksəltmişdir. Dahi şəxsiyyətin keçdiyi çətin, lakin şərəfli həyat yolu hər bir azərbaycanlı üçün qürur məmbəyidir.
Ümummilli liderin hakimiyyətinin istər birinci, istərsədəikinci dövründə respublikamız, iqtisadiyyatımız tənəzzüldən inkişafa doğru istiqamət götürərək dirçəlməyə başlamış, inkişaf etmişdir.
Dahi şəxsiyyət, quruculuq missiyasını cəsarətlə öz üzərinə götürərək, uzaqgörən və müdrik siyasəti sayəsində güclü kadr potensialını yaratmaq istiqamətində uğurlu bünövrə qoymuşdur. O, özünün bütün həyatı boyu şəxsi nümunəsi ilə sübut etmişdir ki, maarifçiliyimizin, mədəniyyətimizin, elm və təhsilimizin yorulmaz fədaisi, təəssübkeşi və himayəçisi idi.
Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dönəmində, Azərbaycanda mədəniyyət, incəsənət, o cümlədən təsviri sənət böyük inkişaf yolu keçmişdir. Bu inkişaf sənətin böyük dahisi, dövlət xadimi, görkəmli şəxsiyyət Heydər Əliyev tərəfindən, yaradıcı insanları hərtərəfli qayğı ilə əhatə etməsi sayəsində baş vermişdir. Ümummilli liderimizin Azərbaycana rəhbərliyinin istər birinci, istərsə də ikinci dövründə milli mədəniyyətin və təsviri sənətin inkişafında yeni mərhələ başlatmış, incəsənətin inkişafına dövlət qayğısı artmış, yaradıcılıq prosesi geniş vüsət almışdır. Azərbaycan təsviri sənətini böyük inkişaf yolu keçməsində diqqəti cəlb edən ulu öndərimiz deyirdi: “Azərbaycan rəngkarlıq, təsviri sənət məktəbi dünyada layiqli yer tutmuşdur. Tarixən qısa bir vaxtda Azərbaycanda gözəl, güclü təsviri sənət məktəbi, rəngkarlıq məktəbi təşşəkül taparaq yaranmışdır”.
Azərbaycanın son əlli ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi Heydər Əliyevin adı və dövlətçilik fəaliyyəti ilə qırılmaz tellərlə bağlıdır. Bu illər ərzində ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş, inkişaf baş vermiş, Azərbaycn zamanın ağır və sərt sınaqlarından çıxmış, yaşayaraq tərəqqiyə qovuşmuş, regionda lider dövlətə çevrilmişdir. Qüdrətli, siyasi və dövlət xadimi olan Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmiş, Azərbaycan xalqı tərəfindən ümummilli lider adlandırılmışdır. Bu gün ulu öndərin siyasi hakimiyyətə başlamasının 50-ci ildönümündə dahi şəxsiyyətinin milli inkişaf strategiyasının uzaqgörənliklə davam etdirilməsi Azərbaycanı, eləcə də Naxçıvanı müasirliyə və inkişafa qovuşdurub. Bunun ifadəsidir ki, Naxçıvan şəhəri ötən il üçün İslam Mədəniyyətinin Paytaxtı və ölkəmizin Gənclər Paytaxtı seçilib, Avropa günlərinə ev sahibliyi edib. Azərbaycan Prezidenti cənab İlham Əliyevin ilk sədri olduğu “Caspian European Club”un 2017-2018-ci illər üçün Azərbaycanın iqtisadi regionlarının 18 parametr üzrə hazırlanan illik investisiya reytinqində Naxçıvan Muxtar Respublikası ən yüksək ümumi bal toplayaraq lider olub. Artıq Naxçıvanda ərzaq və enerji təhlükəsizliyi tam təmin olunub, sənaye və kənd təsərrüfatının, əhali gəlirlərinin həcmi dəfələrlə yüksəlib, torpaqlarımızın etibarlı müdafiəsi təmin olunub, 2018-ci ildə Şərur rayonunun Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyəti olan yüksəkliklərlə bərabər 11 min hektar torpaq işğaldan azad edilib.Muxtar respublikada yaşıllıqların sahəsi 20 faizə qədər artırılıb, Şəhər və kəndlərdə müasir yol şəbəkəsi qurulub. Naxçıvanda məşğulluq təmin olunub, yeni xidmət və istehsal sahələrinin yaradılması iş yerlərinin açılmasına səbəb olub, məskunlaşma artıb. Təbii ki, bunların hamısı ulu öndərimiz Heydər Əliyev siyasi xəttinin uğurla davam etdirilməsinin nəticələridir.
Təqdirəlayiq haldır ki, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və ciddi elmi əsaslara söykənən sosial-iqtisadi strategiya son illərdə onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda Azərbaycan bütün sahələrdə çox böyük inkişafa nail olmuşdur.
Siyasət aləmində öz sözünü deyən, beynəlxalq arenada böyük nüfuz qazanan dövlətimizin başçısı cənab İlham Əliyev ölkəmizin daha da qüdrətlənməsi naminə əzmlə çalışır.


Ülviyyə Həmzəyeva
Milli Məclisin deputatı
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri
Azərbaycan Respublikasının Əməkdar Rəssamı

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Şubat 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
242526272829