SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunda kollegiya iclası keçirilib

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunda  kollegiya iclası keçirilib
12-07-2019, 18:24

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunda keçirilən kollegiya iclasında fondun sədri Əli Quliyev çıxış edərək bildirib ki, muxtar respublika ərazisində əmək pensiyalarının düzgün təyinatı və ödənişinin aparılması, eləcə də fərdi uçot sisteminin qurulması istiqamətində 2019-cu ilin 6 ayı ərzində bir sıra işlər görülüb.
Vurğulanıb ki, hesabat dövründə müvafiq mərkəzi icra hakimiyyəti orqanı tərəfindən məcburi dövlət sosial sığorta haqlarının toplanılması üzrə fondun xəzinə hesabına 39 milyon 16 min 200 manat vəsait daxil olub. Bu isə proqnoz üzrə nəzərdə tutulmuş 26 milyon 950 min manat vəsaitdən 12 milyon 66 min 200 manat çoxdur.
Məcburi dövlət sosial sığorta haqlarının 27 milyon 65 min 470 manatı büdcə təşkilatlarının, 11 milyon 950 min 730 manatı isə qeyri-büdcə təşkilatlarının hesabına olub. Ümumilikdə isə pensiya və müavinətlərin ödənişinə ayrılan vəsaitin 53,9 faizi məcburi dövlət sosial sığortahaqqı şəklində muxtar respublikada yığılıb. Ümumiyyətlə, 2019-cu ilin 6 ayı ərzində Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu büdcəsinin xərcləri 73 milyon 427 min 537 manat icra olunub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 milyon 285 min 991 manat çoxdur. Hesabat dövründə pensiya və müavinətlərin maliyyələşdirilməsinə 72 mil - yon 289 min 149 manat vəsait yönəldilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyon 328 min 800 manat çoxdur. Vurğulanıb ki, 2019-cu ilin 6 ayı ərzində fondun yerli orqanları tərəfindən 582 nəfərə yaşa, 91 nəfərə əlilliyə, 217 nəfərə isə ailə başçısını itirməyə görə, ümumilikdə, 890 nəfərə əmək pensiyası təyin edilib. Əvvəlki dövrlərdə olduğu kimi, 2019-cu ilin 6 ayı ərzində də əmək pensiyalarının plastik bankomat kartları ilə ödənilməsi üçün müvafiq işlər davam etdirilib. Görülmüş tədbirlərin davamı olaraq cari ilin ilk 6 ayı ərzində muxtar respublika üzrə kənd yerlərində yaşayan daha 120 əmək pensiyaçısının istəkləri nəzərə alınmaqla, onların pensiyaları poçt bölmələri vasitəsilə ödənilib. Sonra məruzə ətrafında çıxışlar dinlənilib.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031