SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətində kollegiya iclası keçirilib

Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətində  kollegiya iclası keçirilib
12-07-2019, 18:11

Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətində kollegiya iclası keçirilib.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə,Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətində keçirilən kollegiya iclasını xidmətin rəisi Vəli Novruzov açıb.

Vurğulanıb ki, süni mayalanma tədbirlərinin genişləndirilməsi, mövcud mal-qaranın cins tərkibinin yaxşılaşdırılması məqsədilə Babək rayonu ərazisində Süni Mayalanma Mərkəzinin tikinti işləri davam etdirilir. Babək Rayon Baytarlıq İdarəsi üçün tikilən yeni inzibati binada isə son tamamlanma işləri aparılır. Şərur rayonunun Kərimbəyli kəndində yeni baytarlıq məntəqəsi və ət satışı mağazası inşa olunub.
Diqqətə çatdırılıb ki, cari ilin birinci yarısında 2956 baş cins buzova görə vətəndaşlara, ümumilikdə, 295 min 600 manat məbləğində subsidiya verilməsi təmin olunub. Ət kəsimi məntəqələrində, ümumilikdə, 2883 baş iribuynuzlu, 4876 baş xırdabuynuzlu heyvan kəsilib. Kəsilən heyvanlar üçün aparılan orqanoleptik və laborator müayinələrdən 7449,4 manat vəsait toplanaraq dövlət büdcəsinə köçürülüb. Xidmətin rəisi bildirib ki, muxtar respublikanın şəhər və rayonlarında mal-qara arasında infeksion xəstəliklərə qarşı peyvəndləmə tədbirləri aparılması nəticəsində epizootik sabit­lik qorunmaqdadır.
Diqqətə çatdırılıb ki, muxtar respublikada kənd təsərrüfatının inkişafında mühüm əhəmiyyətə malik olan arıçılıq bu il də dövlətimizin xüsusi diqqət mərkəzində saxlanılır. Belə ki, 3775 arıçı sahibkara məxsus 74 min 244 arı ailəsi qeydiyyata alınaraq onların identikləşdirilməsi təmin olunub və 742 min 440 manat subsidiya ödənilib.
Bildirilib ki, Dövlət Baytarlıq Xidmətinə hamiliyə verilən tələbələrin təcrübə keçmələri təmin edilib.
Sonda məruzə ətrafında çıxışlar dinlənilib.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031