SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda məhdud fiziki imkanlılar üçün maarifləndirici tədbir keçirilib

Naxçıvanda məhdud fiziki imkanlılar üçün  maarifləndirici tədbir keçirilib
11-07-2019, 16:25

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin birgə fəaliyyət planına uyğun olaraq Məhdud Fiziki İmkanlılar üçün Regional İnformasiya Mərkəzində “Sosial təyinatlı müəssisələrdə mülki müdafiə işinin təşkili və aparılmasına qoyulan əsas tələblər” mövzusunda maarifləndirici tədbir keçirilib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə tədbirin keçirilməsində məqsəd sosial təyinatlı obyektlərdə mülki müdafiə, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması sahəsində müəyyən edilmiş qaydalar, yanğın təhlükəsizliyi və ilk yardım məsələləri haqqında iştirakçılara məlumat vermək olub.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı Elxan Alməmmədov bu cür maarifləndirici tədbirlərin əhəmiyyətindən bəhs edib və tədbirin mаhiyyəti bаrədə iştirаkçılаrа məlumаt vеrib.
Nахçıvаn Muхtаr Rеspublikаsı Fövqəlаdə Hаllаr Nаzirliyinin Mülki müdаfiə işinin təşkili şöbəsinin baş məsləhətçisi Əbülfəz Qafarov çıxışında dəm qazı, yaranma səbəbləri və dəm qazından zəhərlənmə zamanı ilk yardım qaydaları, eyni zamanda mövsümlə əlaqədar olaraq çimərlikdə təhlükəsizlik qaydaları, suda boğulmalar zamaı ilk yardım qaydaları haqqında iştirakçılara ətraflı məlumat verib.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin Dövlət Yanğın Nəzarəti Bölməsinin rəisi daxili xidmət kapitanı Etibar Məmmədov sosial təyinatlı obyektlərdə yanğın təhlükəsizliyi qaydaları haqqında tədbir iştirakçılarını məlumatlandırıblar. Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, mövzulara aid video-çarxlar və slaydlar təqdim edilib.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı Elxan Alməmmədov tədbirə yekun vurub.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031