SON DƏQİQƏ

naxcivanxeberleri.com

BANM-in tələbələri “CanSatAzərbaycan 2019” müsabiqəsində 2-ci yeri tutub

BANM-in tələbələri “CanSatAzərbaycan 2019” müsabiqəsində 2-ci yeri tutub
11-07-2019, 13:50

"Azərkosmos" və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycanda növbəti dəfə tələbələr arasında keçirilən “CanSat Azərbaycan 2019” model peyk müsabiqəsinin final mərhələsinin nəticələri açıqlanıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Bakı Ali Neft Məktəbindən (BANM) bildirilib ki, müsabiqədə iştirak etmiş komandalar final mərhələdə “Peyk modellərinin uçuş sonrası hesabatı”nı təqdim edib.

Komandalar yerli və beynəlxalq üzvlərdən ibarət münsiflər heyəti tərəfindən müsabiqənin meyarlarına uyğun olaraq qiymətləndirilib.

Qiymətləndirmənin yekununa əsasən 2-ci yerin qalibi Bakı Ali Neft Məktəbinin “Can of Duty” komandası olub. Ali Məktəbi müsabiqədə həmin komandanın üzvləri, Proseslərin avtomatlaşdırılması mühəndisiyi ixtisasının III kurs tələbəsi Fərid Həmidov, IV kurs tələbələri Rüstəm Həsənov, Mirəkrəm Ağalarov və Hüseyn Nəcəfov təmsil edib.

“Cansat Azərbaycan 2019” model peyk müsabiqəsi bu ilin yanvar ayından etibarən elan edilib və müsabiqədə ölkənin 15 universitetindən 38 komanda qeydiyyatdan keçib.

Artıq ikinci ildir ki baş tutan “CanSat Azərbaycan” müsabiqəsinin keçirilməsi ölkə gənclərinin kosmik texnologiyalar sahəsinə marağının artırılmasına xidmət edir, eləcə də, müsabiqə qaliblərinə gələcəkdə Azərbaycanı bu cür beynəlxalq yarışlarda layiqincə təmsil etmək imkanı verir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031