SON DƏQİQƏ

naxcivanxeberleri.com

Babək rayonon da melioratorlar ötən dövrü uğurla başa vurublar

Babək rayonon da melioratorlar ötən dövrü uğurla başa vurublar
7-07-2019, 10:15

Babək Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsi tərəfindən 2019-cu ilin ötən dövründə kanallarda, arxlarda, kollektor və drenaj kanallarında lildən təmizləmə və təmir işləri yerinə yetirilib, mütərəqqi suvarma üsullarının tətbiqi, yeraltı suvarma şəbəkələrinin qurulması, torpaqların su təminatının yaxşılaşdırılması məqsədilə tədbirlər görülüb.

Hesabat dövrü ərzində Heydər Əliyev, Sirab, Uzunoba Su anbarları daxil olmaqla, ümumilikdə, sututarlara 107 milyon kubmetr su ehtiyatı yığılıb. 10 kilometr kanal, 30 kilometr ara arxlar, 6 kilometr kollektor lildən təmizlənib, 35 kilometr yeni suvarma boru xətti çəkilib, 215 hektar torpaq sahəsində qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınıb.

Cari ilin altı ayında yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması, suvarılan torpaq sahələrinin genişləndirilməsi və torpaqların suvarılmasının səmərəliliyinin yüksəldilməsi məqsədilə Kəngərli rayonunun Yurdçu kəndi ərazisində 59,4 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisi başa çatdırılıb. Bu tədbirlərin davamı olaraq Kəngərli rayonunun Yurdçu kəndində 76 hektar, Şahbuz rayonunun Türkeş kəndində 300 hektar ərazidə qapalı suvarma şəbəkəsinin tikintisinə başlanıb, 27 kilometr suvarma xətti çəkilib. Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində 407 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikildiyi ərazidə 1000 metr yeni açıq drenaj kanalı qazılıb. Eyni zamanda Babək rayonunun Sirab kəndində 40 metr yeni qapalı drenaj xətti çəkilib.

Həmçinin,torpaqları sel sularından qorumaq məqsədilə Naxçıvançay, Cəhriçay vadilərində, Qahab selovunda 7 kilometr istiqamətləndirici bənd tikilib.

Babək rayonunda əhalinin içməli su təminatını yaxşılaşdırmaq üçün 1410 metr içməli su xətti çəkilib, 810 metr içməli su xəttində, 140 metr kaptajda təmir-bərpa işləri yerinə yetirilib.

Əkilən yaşıllıqların suvarma suyu ilə təmin olunması da diqqətdə saxlanılıb, 800 metr yeni suvarma xətti çəkilib, 15 kilometr suvarma boru xətti təmir olunub.

“Şərqin səhəri” qəzeti

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031