SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan və ABŞ yığmaları arasında yoldaşlıq görüşü keçirilib

Azərbaycan və ABŞ yığmaları arasında yoldaşlıq görüşü keçirilib
6-07-2019, 22:06

Azərbaycanın gənclərdən ibarət sərbəst güləş üzrə yığması Olimpiya Güləş Mərkəzində təlim-məşq toplanışını davam etdirir.

Azərbaycan Güləş Federasiyasından (AGF) NAXCİVANXEBERLERİ.COM-a bildiriblər ki, millimiz iyulun 3-dən Bakıda olan ABŞ-ın müvafiq komandası ilə birgə hazırlıq keçir. İyulun 6-da tərəflərin razılığına əsasən təlim-məşq bazasında komandalar arasında yoldaşlıq görüşü olub.

AGF-nın rəhbər şəxslərinin canlı izlədiyi, beynəlxalq dərəcəli hakimlərimizin idarə etdiyi qarşılaşmalar kifayət qədər maraqlı mübarizə şəraitində keçib. Yekunda yığmamız 12:2 hesablı qələbəyə sevinib.

Qonaq komandanın baş məşqçisi, Olimpiya çempionu Con Peterson AGF-nin rəsmi saytına açıqlama verib: “Bir neçə gündür ki, Bakıda yığmanızla birgə toplanış keçiririk. Bizim güləşçilər burada pəhləvanlarınızdan çox şey öyrənir. Bu baxımdan təlim-məşq toplanışından çox razıyam. Bu, Bakıya ilk səfərim deyil. Hələ SSRİ dövründə Azərbaycanda olmuşdum. 2007-ci ildə Bakıda keçirilən dünya çempionatı zamanı da ölkənizə səfər etmişdim. Onu deyə bilərəm ki, insanlarınız əvvəl necə qonaqpərvər idisə, indi də elədir”.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031