SON DƏQİQƏ

naxcivanxeberleri.com

Muxtar respubilkada birinci yarımilin yekunları müzakirə olunub

Muxtar respubilkada birinci yarımilin yekunları müzakirə olunub
6-07-2019, 14:56

Birinci yarımilin yekunları və qarşıda duran vəzifələrlə bağlı Ədliyyə Nazirliyində kollegiya iclası keçirilmişdir.

Nazirliyin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Kollegiya iclasını Naxçıvan Muxtar Respublikasının Ədliyyə naziri, II dərəcəli dövlət ədliyyə müşaviri Suliddin Əliyev açaraq bildirib ki, 2019-cu ilin iyun ayının 28-də beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov sessiyadakı çıxışında hüquq mühafizə orqanlarına, eləcə də Ədliyyə Nazirliyinə mühüm tapşırıqlar vermişdir. Qeyd edilmişdir ki, “Hüquq mühafizə orqanları bundan sonra da ictimai asayişin və sabitliyin qorunmasına diqqəti artırmalı, maarifləndirmə-profilaktika tədbirləri görülməlidir. Ədliyyə Nazirliyi məhkəmə qərarlarının vaxtında icra olunmasını diqqətdə saxlamalı, Məhkəmə Ekspertizası Mərkəzinin fəaliyyətini gücləndirməli, xüsusi qaydada fəaliyyət göstərən notariusların qanunvericiliyə əməl etməsinə nəzarət edilməlidir”. Sessiyada qarşıya qoyulan vəzifələr ikinci yarımil ərzində əsas vəzifələrimizdən olmaqla icrası təmin olunmalıdır.
Nazir hüquqi maarifləndirmənin əhəmiyyətini vurğulayaraq bildirib ki, hesabat dövründə bələdiyyə fəaliyyəti ilə bağlı 8, notariat və qeydiyyat fəaliyyəti ilə bağlı 5, icra və probasiya xidməti ilə bağlı 4 tədbir keçirilmişdir. Nazirliyin rəsmi elektron səhifəsində “Mətbuat xidməti” bölməsinə nikahın qeydiyyatı və pozulmasına dair aylıq hesabatlar, nazirliyin fəaliyyətinə dair 37 xəbər formatlı yazılar və fotoşəkillər yerləşdirilmişdir. Hüquqi Aktların Dövlət Reyestrinə 79 hüquqi akt daxil edilmişdir ki, onlardan 42-i normativ, 37-i isə qeyri-normativ hüquqi aktlardır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 03 aprel tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamından irəli gələn vəzifələrin icrasıyla əlaqədar nazirlikdə ekspert qrupu yaradılmış, tədbirlər planı təsdiq edilmişdir və “İnnovativ layihələrin təşviqi mərkəzi” təsis edilmişdir. Mərkəz tərəfindən startap layihələrinin qəbulu və təqdimatı ilə bağlı “Ədliyyə könüllüləri” proqramı istiqamətində tələbələrlə birgə istiqamətverici layihələrin də həyata keçirilməsi nəzərdə tutulmuşdur. May ayında “Ədliyyə könüllüləri” istiqamətverici layihələri üzrə əlavə olaraq 3 dəfə hüquqşünaslıq, dövlət və bələdiyyə idarəetməsi ixtisasının tələbələri nazirlikdə və tabe qurumlarda istehsalat təcrübəsi keçmişlər.
Hesabat dövrü icra və probasiya şöbə və bölmələrinin icraatına 1783 icra sənədi daxil olmuş, bunlardan 583 icra sənədi tam icra olunmuş, 1070 icra sənədi icraya yönəlmiş, 40 icra sənədi geri qaytarılmış, 73 icra sənədi ərazi aidiyyəti üzrə göndərilmiş, 1 icra sənədi iddia icraatına keçirildiyindən icraatı dayandırılmış və 16 nəfər borclu barəsində axtarış qərarı verilmişdir. Ötən illərdən icrası davam etdirilən 915 icra sənədi tam icra olunmuşdur. İcra işləri üzrə 113 borclunun ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmış, 136 borclunun üzərinə qoyulmuş məhdudiyyət götürülmüşdür. Probasiya sahəsi üzrə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş 2 nəfərə elektron nəzarət vasitəsi tətbiq olunur.
Qeydiyyat və notariat şöbəsi tərəfindən müvafiq dövrdə 4 qeyri-hökumət təşkilatı qeydiyyata alınmış, 15 qeyri-hökumət təşkilatı ilə bağlı reyestrdə dəyişiklik edilmiş, 7-i reyestrdən çıxarılmış, 1 mətbu nəşrin təsisçi dəyişikliyi dövlət qeydiyyatına alınmışdır. Hesabat dövrü dövlət notariat ofisləri tərəfindən 8805 müxtəlif məzmunlu notariat əməliyyatları aparılmış, dövlət büdcəsinə 56035 manat dövlət rüsumu ödənilmişdir. Xüsusi notariuslar tərəfindən 23591 əməliyyat aparılmışdır. Qeydiyyat şöbələri tərəfindən 5738 əməliyyat aparılmış və dövlət büdcəsinə 9834 manat dövlət rüsumu ödənilmişdir.
Bələdiyyə sədrlərinin iştirakı ilə “Yerli özünüidarə orqanlarının fəaliyyətində qanunçuluğun təmin edilməsi və ailə təsərrüfatlarının inkişafında bələdiyyələrin rolu” mövzusunda seminarlar keçirilmişdir. 2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları ili” elan olunduğunu nəzərə alaraq bu sahəni tənzimləyən qanunvericilik aktlarının izahı diqqətdə saxlanılmışdır. Nazirlik tərəfindən qanunvericiliyə əməl etmələri ilə bağlı 4 ədəd tövsiyə məktubu hazırlanaraq bütün bələdiyyələrə göndərilmiş, “Sahibkarlığın inkişafında bələdiyyələrin iştirakı ilə bağlı qanunvericiliyə dair sənədlər toplusu” və “Yerli turizmin təşkilində bələdiyyələrin iştirakı”na dair metodik vəsaitlər paylanmışdır.
Penitensiar sahədə cəza-icra siyasətinin qüsursuz yerinə yetirilməsi, məhkumların hüquqlarının təmin olunması və məhkumların gündəlik təminatının yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır. Xidmətdə işin təşkili, şəxsi heyətin nizam-intizama əməl etməsi, məhkumların islah olunmasına riayət edilməsi diqqət mərkəzində saxlanmışdır. Xidmət keçən əməkdaşların profilaktiki biliklərinin artırılması ilə bağlı tədbirlər keçirilmiş, məhkumlar arasında tərbiyəvi izahat işləri aparılmışdır.
Məhkum və həbs edilmiş şəxslərin cəmiyyətə adaptasiyasına köməklik göstərmək məqsədilə oxunması zəruri olan kitablar təbliğ edilmiş, müəssisələrdəki kitabxanaların zənginləşdirilməsi istiqamətində işlər aparılmışdır. Mühafizə Taborunda şəxsi heyətin peşə hazırlığının yüksək səviyyəyə çatdırılması məqsədilə sıra təlimləri keçirilmiş, atış təlimlərində yüksək göstəricilərə nail olmaq məqsədilə peşəkar əməkdaşlar tədrisə cəlb edilmişdir.
Hesabat dövrü ekspertlərin nəzəri və peşəkarlıq səviyyəsinin artırılması diqqət mərkəzində saxlanılmışdır. Məhkəmə Ekspertizası Mərkəzinə müxtəlif ekspertiza sahələri üzrə daxil olan 132 ekspertiza işindən 100-ə rəy, 11-ə arayış verilmiş, 7 ekspertiza işi icra olunmadan geri qaytarılmış, 7 işin icraatı vəsatət verildiyindən dayandırılmış, 7 ekspertiza işinin icrası isə hazırda davam etdirilir.
Növbəti dövrdə görüləcək işlər təhlil edilərək vurğulanıb ki, apardığımız hüquqi maarifləndirmə və profilaktika tədbirləri davam etdirilməli, şəxsi heyətin nizam-intizamı daha da möhkəmləndirilməlidir. Maarifləndirmə tədbirlərində elektron internet resurslarının imkanlarından səmərəli istifadə edilməlidir.
İcra və probasiya şöbəsi məhkəmə qərarlarının icra edilməsinə diqqəti daha da artırmalı, icraatda olan işlərin icra olunma faizini yüksəltməli, icra işləri üzrə pul və aliment tələblərində ödəmələrin vaxtında aparılmasını təmin etməlidir. Yerli qurumlara köməklik göstərilməlidir. Öhdəliyini qərəzli surətdə yerinə yetirməyən borclularla profilaktiki tədbirlər həyata keçirilməlidir. Probasiya nəzarəti üzrə fəaliyyət təmin olunmalıdır.
Məhkəmə Ekspertizası Mərkəzinin fəaliyyətinin gücləndirilməsi məqsədilə ekspertlərin peşəkarlıq səviyyələrinin artırılması diqqətdə saxlanılmalı, verilən rəy və arayışların dolğun və aydın olması təmin edilməlidir. Muxtar respublikanın aidiyyəti dövlət orqanlarının əməkdaşlarının iştirakı ilə tədbirlərin keçirilməsi davam etdirilməlidir. İcra nümayəndələrində və bələdiyyə orqanlarında maarifləndirici tədbirlər bu ilin ikinci yarımilində də davam etdirilməlidir.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi bundan sonra da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən verilən tapşırıqları əsas götürərək qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirəcək, onların icrasına daha da məsuliyyətlə yanaşacaq, bu istiqamətdə bütün zəruri tədbirlərin görülməsini təmin edəcəkdir.
Məruzə ətrafında İcra və probasiya şöbəsinin rəisi, ədliyyə müşaviri Emin Kazımov; Məhkəmə Ekspertizası Mərkəzinin rəisi, ədliyyə müşaviri Rafiq Cəfərov; Qeydiyyat və notariat şöbəsinin rəisi, ədliyyə müşaviri Səyyub Kərimov; nazir müavini-Penitensiar Xidmətin rəisi, ədliyyə general-mayoru Tofiq Həsənov; nazir müavini, ədliyyə müşaviri Emin Səfərov çıxışlar etmiş, nazirliyin kollegiya qərarı qəbul edilmişdir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031