17:30 - Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb
17:05 - Azərbaycanda son gündə 518 nəfər koronavirusa yoluxub
16:14 - Rusiya Ukraynanın daha bir yaşayış məntəqəsini ələ keçirib
15:41 - Magistraturaların boş yerlərinə ixtisaslaşma seçimi başa çatır
14:50 - Azərbaycan triatlonçusu Avropa çempionatında 14-cü olub
14:19 - Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib (VİDEO)
12:26 - Sabaha olan hava proqnozu açıqlanıb
11:56 - Azərbaycan XİN Pakistanı Milli Günü münasibətilə təbrik edib
11:30 - Slovakiya Ukraynaya 4 ədəd özüyeriyən zenit qurğusu verib
10:56 - Azərbaycan karateçiləri İslamiadaya yollanıb
10:30 - Türkiyədə sahillərində 4,9 bal gücündə zəlzələ baş verib
10:09 - Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 186 nəfərə çatıb
09:53 - ABŞ BMT vasitəsilə Əfqanıstana 150 milyon dollar ayırır
09:00 - Bakı-Moskva təyyarəsində texniki problem yaranıb
00:00 - Günün qoroskopu-14.08.2022
Rusiya Səhiyyə Nazirliyi siqaret satışını qadağan etmək istəyir
Rusiya Səhiyyə Nazirliyi 2019-cu ildən 2030-cu ilədək tütün məmulatlarının istehlakına qarşı dövlət siyasəti konsepsiyası layihəsi hazırlayıb.
NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, sənədə əsasən, əsas məqsəd 2050-ci ilədək tütün məmulatlarından istifadəni tədricən azaltmaqdır. Nazirlik, həmçinin tütün məhsullarının mərhələli şəkildə dövriyyədən çıxarılması variantına baxır.
Qurumdan bildiriblər ki, Rusiya əhalisinin təqribən 1/3-i – 40 milyondan çox insan siqaret çəkir. Qiymətləndirməyə əsasən, 2040-2050-ci ilədək bu zərərli vərdişə mübtəla olan vətəndaşların sayı 5 faizə qədər azaldılmalıdır ki, bu da tütün məmulatlarının satışını dayandırmağa imkan verəcək.
Nazirlik hesab edir ki, siqaret satışından büdcəyə daxilolmalar tütün istehlakından yaranan xəstəliklərin qarşısının alınmasına sərf olunan vəsaitdən xeyli azdır. Həmçinin qeyd olunur ki, siqaret çəkməyən vətəndaşlarda əmək qabiliyyəti və ömür uzunluğu artır, xəstəlik müddəti isə azalır.
Qeyd edək ki, Rusiyada stadion, məktəb, xəstəxana, mağaza, uşaq meydançaları, eləcə də təyyarələrdə tütün məmulatlarını reklam etmək, mehmanxana, kafe və restoranlar, qatarlar, vağzal və hava limanlarında isə siqaret çəkmək qadağandır.
Bir müddət əvvəl Rusiya səhiyyə nazirinin müavini Oleq Salaqay bildirmişdi ki, ölkədə ölüm hallarının 17 faizinin səbəbi siqaret çəkməkdir.