SON DƏQİQƏ

naxcivanxeberleri.com

Kosmik hava durumu açıqlanıb

Kosmik hava durumu açıqlanıb
1-07-2019, 12:35

Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası iyulun 1-nə olan kosmik hava durumunu açıqlayıb.

Rəsədxanadan NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, kosmik hava durumu – Günəş fəallığı çox aşağı səviyyədə olub.

Günəş diski ləkəsizdir. Lakin S21W02 zonasında ləkə yaranmağa başlayır. Koronoqraf görüntülərində Yerə doğru yönələn CME (Coronal Mass Ejections – Tac kütlə atılması) müşahidə olunmayıb.

2 MeV-dən çox enerjili elektron seli hesabat dövrü ərzində normal səviyyədə olub. 10 MeV-dən çox enerjili proton seli hesabat dövrü ərzində fon səviyyəsində stabil qalıb.

Hesabat dövründə Günəş küləyi parametrlərində sakit rejimə uyğun qiymətlər müşahidə olunub.

Geomaqnit sahə, son 24 saat ərzində ümumən çox sakit olsa da, fasilələrdə kiçik həyəcanlaşmalar qeydə alınıb (Kp=2,3).

Kosmik hava proqnozu – Proqnoz dövründə (1-3 iyul) Günəş fəallığı çox aşağı səviyyədə qalacaq.

2 MeV-dən çox enerjili elektron selinin proqnoz dövründə (01-03 iyul) Günəş küləyi sürəti artdığından yüksələcəyi proqnozlaşdırılır. 10 MeV-dən çox enerjili proton selinin proqnoz dövründə (01-03 iyul) fon səviyyələrində davam etməsi gözlənilir.

Proqnoz dövründə (1-3 iyul) Günəş küləyi parametrləri üçün normal şərait davam edəcək.

Proqnoz dövründə (01-03 iyul) geomaqnit sahədə ümumi sakitlik proqnozlaşdırılır (Kp=2,3). Maqnit qasırğasının yaranması ehtimalı 1%-dən aşağı qiymətləndirilir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031