SON DƏQİQƏ

naxcivanxeberleri.com

Şərurda yeni layihələr icra olunur

Şərurda yeni layihələr icra olunur
30-06-2019, 21:05

Muxtar respublikamızın ən böyük bölgəsi olan Şərur rayonunda da yeni istehsal və emal müəssisələrinin işə salınması, təhsil, səhiyyə və digər qurumlar üçün inzibati binaların tikintisi, yolların və digər infrastrukturların yenilənməsi diqqət mərkəzində saxlanılır. Cari ildə də belə tədbirlər davam etdirilir, əvvəlki illərdən fərqli olaraq daha geniş və iri layihələr icra olunur.

Rayonda «Naxçıvanbank» Açıq Səhmdar Cəmiyyəti Şərur Rayon Filialının inzibati binası, Muğanlı, Muğancıq-Mehrab, Xələc, Yeni Havuş və Xətai kəndlərində kompleks quruculuq işləri, Məmmədsabir, Qışlaqabbas və Alışar kəndlərində kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası, Maxta kəndində Çernobıl əlili üçün yaşayış binası inşa olunur.

Şərur şəhərinin və ətraf kəndlərin içməli su və kanalizasiya xətlərinin yenilənməsi istiqamətində görülən tədbirlərin davamı kimi Dizə kəndində gücü saniyədə 271 litr olan sutəmizləyici qurğu və 27 min kubmetr həcmində 3 su anbarı tikilir, Zeyvə və Düdəngə kəndlərinə isə içməli su xəttinin çəkilişi davam edir.

Şərur şəhəri ilə Məmmədsabir, Muğancıq-Mehrab və Qarxun kəndlərini birləşdirən avtomobil yolu yenidən qurulur, Muğanlı-Qorçulu avtomobil yolunda əsaslı təmir işləri görülür. Şərur şəhərində Mədəniyyət sarayının inşası, mərasim evinin tikintisi, təqaüdçülər klubunun, mərkəzi univermağın əsaslı təmiri və yenidən qurulması davam etdirilir. Rayon mərkəzində hər biri 40 mənzilli olan üç altımərtəbəli yaşayış binasının da tikintisinə başlanılıb.

Naxçıvan-Sədərək avtomagistralından Şərur şəhərinə qədər olan, eləcə də şəhərdəki Heydər Əliyev prospektini və 6 küçəni əhatə edən 11 kilometrlik avtomobil yolu da yenidən qurulur. Artıq yolun yatağı genişləndirilərək bərkidilib və asfalt örtük salınır.

Qeyd edək ki, bu ilin əvvəllərində Şərur şəhərində uşaq xəstəxanası, Kərimbəyli kəndində 270 şagird yerlik tam ota məktəb binası, kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası istifadəyə verilib, avtomobil yolu yenidən qurulub.



“Şərurun səsi” qəzeti

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30