10:58 - Xocalı soyqırımından bəhs edən film Kaliforniya televiziya kanallarında nümayiş etdirilir - VİDEO
10:39 - Naxçıvanda gömrük orqanlarının fəaliyyəti müasir tələblər səviyyəsində qurulub
10:37 - “Şah İsmayıl Xətai” tankerinin əsaslı təmiri başa çatıb
10:17 - Azərbaycanda müasir toxumçuluq laboratoriyası yaradılacaq
09:51 - Naxçıvanda şəhid ailələrinə təqaüdlər artımla ödənilib
09:47 - Cəbhədə atəşkəs 20 dəfə pozulub.
09:36 - Azərbaycan nefti bahalaşıb
09:30 - Nehrəmlilər Cəlil Məmmədquluzadənin 150 illik yubileyini qeyd ediblər-FOTO
09:23 - Əhali bir ayda rabitə xidmətlərinə 150 milyon manatdan çox pul xərcləyib
09:00 - Muxtar respublikada istehsal olunan məhsullar “Gulfood – 2019”sərgisində maraqla qarşılanıb
00:05 - Günün qoroskopu-23 Fevral
23:17 - Siyasi səbatsızlıq, yoxsa mandat manevri?
22:45 - Soğan və sarımsaq ən yayılmış xərçəng növlərindən qoruyur
22:00 - Uşağın psixi problemlərini onun dişlərindən görmək olur
21:30 - Minillik sualın cavabı tapıldı: zebralar niyə zolaqlıdır?
Culfa rayonunda yeniyetmə və gənclərin mükafatlandırılması mərasimi keçirilib
25 dekabr 2018-ci il tarixdə Culfa Rayon İcra Hakimiyyətinin, Culfa Rayon Gənclər və İdman İdarəsinin və Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı münasibəti ilə Culfa Rayonunun ictimai həyatında və yaradıcılıq sahəsində fərqlənən istedadlı yeniyetmə və gənclərin mükafatlandırılması mərasimi keçirilib.
Naxcivanxeberleri.com xəbər verir ki, Culfa Rayon İcra Hakimiyyətinin Başçısının müavini Kəmalə Səfərova, Culfa Rayon Gənclər və İdman İdarəsinin rəisi Ümüd Həsənli və Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatı Gənclər Birliyinin sədri Təbriz Hüseynzadə çıxış edərək keçirilən tədbirin mahiyyətindən, yeniyetmə və gənclərə göstərilən dövlət qayğısından, rayonun ictimai həyatında və yaradıcılıq sahəsində, idmanda əldə olunan naliyyətlər və bu kimi sahələrdə dövlət tərəfindən aparılan məqsədyönlü siyasətdən, Azərbaycanın inkişafında gənclərin rolundan və gənclərimizin fəaliyyətləri haqqında tədbir iştirakçılarına geniş məlumatlar veriliblər.
Çıxışlardan sonra Culfa Rayon Mədəniyyət evinin "Çeşmə" Musiqi İnstrumental Ansambılı, Culfa Rayon Körpələr Evi-Uşaq Baxçasının "Körpə Fidanlar" rəqs qrupunun ifa etdikləri musiqi bölmələri ilə tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
Tədbirin sonunda müxtəlif sahələrdə fərqlənən gənclərin mükafatlandırılması mərasimi keçirilib.