SON DƏQİQƏ

naxcivanxeberleri.com

“ASAN xidmət”ə 26 milyonuncu vətəndaş müraciəti qeydə alınıb

“ASAN xidmət”ə 26 milyonuncu vətəndaş müraciəti qeydə alınıb
25-12-2018, 15:53

“ASAN xidmət”ə 26 milyonuncu vətəndaş müraciəti qeydə alınıb.

Bu barədə NAXCİVANXEBERLERİ.COM-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən məlumat verilib.

Bu müraciət Şəki “ASAN xidmət” mərkəzinə Nadir Paşayev tərəfindən edilib. O, Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı xidmətindən yararlanıb.

26 milyonuncu müraciətin sahibi kimi Nadir Paşayev təşəkkürnamə və simvolik hədiyyələrlə mükafatlandırılıb.

Qeyd edək ki, hazırda 15 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxt Bakı şəhərində olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli və Şəkidədir. Bundan başqa, regionlarda 10 Səyyar “ASAN xidmət” avtobusu və Səyyar ASAN qatar vasitəsilə vətəndaşlara səyyar formada xidmətlər göstərilir.

Zeynəb Hüseynzadə

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30