SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində Məzun günü qeyd olunub

Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində Məzun günü qeyd olunub
27-06-2019, 15:35

Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində məzun günü keçirilib. Tədbiri giriş sözü ilə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq Azərbaycanda elm və təhsilin inkişafından, muxtar respublikada kadr potensialının gücləndirilməsinə göstərilən yüksək dövlət qayğısından danışıb. Rektor tələbələri, onların üzərində böyük əməyi olan valideynləri və müəllimləri təbrik edib, məzunlara gələcək fəaliyyətlərində universitetin adını daim uca tutmağı və müstəqil ölkəmizin tərəqqisinə layiqli töhfələr verməyi arzulayıb.

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə,“Tibb fakültəsində tədris ilinin yekunları və qarşıda duran vəzifələr” mövzusunda tibb fakültəsinin dekanı, dosent Elsevər Əsədov qeyd edib ki, Tibb fakültəsinin yaranmasının 20-ci ildönümü ərəfəsində keçirilən məzun günü həm də ona görə əlamətdardır ki, bu il Tibb fakültəsi üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tərəfindən müasir standartlara cavab verən və son texnologiyalarla təmin olunan yeni fakültə binası istifadəyə verilib. Bildirilib ki, 474 tələbənin təhsil aldığı fakültədən bu il Müalicə işi ixtisası üzrə 33, Stomatologiya ixtisası üzrə 22, Əczaçılıq ixtisası üzrə 19 nəfəri məzun olur ki, bunlardan 21 nəfəri isə əcnəbi tələbələrdir. Ümumilikdə fakültədə 122 nəfəri xarici ölkə vətəndaşı təhsil alır. Diqqətə çatdırılıb ki, Tibb fakültəsində hər il xarici ölkələrdən olan tələbələrin sayının artması universitetin beynəlxalq əlaqələrinin yüksək səviyyədə qurulduğu və bu sahədə böyük uğurlara imza atıldığının göstəricisidir.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirinin müavini Samrat Gəncəyeva gələcəyin həkim kadrlarının yetişməsində universitetinin rolunu yüksək qiymətləndirib, muxtar respublikada səhiyyəyə göstərilən yüksək dövlət qayğısından danışıb. Nazir məzunlarımıza cansağlığı, xoşbəxt gələcək, daima xalqımızın sağlamlığının keşiyində layiqincə durmağı arzulayıb.
Azərbaycan Tibb Universiteti I Uşaq xəstəlikləri kafedrasının müdiri, akademik, tibb fakültəsində Yekun Dövlət Attestasiya Komissiyasının sədri Adilə Namazova vurğulayıb ki, Azərbaycan səhiyyəsinin inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanın ilk qadın pediatr alimi sayılan, 350-dən çox elmi əsərin, 8 monoqrafiya və dərsliyin, 5 ixtiranın müəllifi olan akademik gələcəyin həkimlərinə peşənin dərin sirlərinə yiyələnmək barədə tövsiyyələrini çatdırıb.
Tələbələrin ürək sözləri dinlənildikdən sonra tibb məzunlarının 6 illik tələbə həyatına həsr olunmuş videoslayd nümayiş olunub.
Sonra fakültənin məzunları həkim andının qəbulu mərasimində iştirak ediblər.
Tədbir məzunların hazırladığı şeir və mahnılardan ibarət bədii kompozisiya ilə davam edib. Sonda məzun tələbələrlə xatirə şəkli çəkdirilib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930