SON DƏQİQƏ

naxcivanxeberleri.com

Yeniyetmələrə siqaret satanlara qarşı reydlər davam edir - 7 satıcı cərimələndi

Yeniyetmələrə siqaret satanlara qarşı reydlər davam edir - 7 satıcı cərimələndi
25-12-2018, 12:00

Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.

DİN Mətbuat Xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, dekabrın 24-də Nazirliyin Baş İctimai Təhlükəsizlik, Sumqayıt və Abşeron şəhər-rayon polis idarələrinin əməkdaşları birgə tədbirlər keçiriblər.

Reydlər nəticəsində Sumqayıt şəhəri ərazisində 3, Xırdalan şəhəri ərazisində isə 4 mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satmaları aşkar edilib.
Polis əməkdaşları tərəfindən həmin mağazaların 7 satıcısı barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub və hər biri 100 manat cərimə olunublar.

Bu istiqamətdə reydlər davam etdirilir.

gulnar

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    May 2022    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031