SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda “Məzuniyyət hüququ və onun təmin edilməsi” mövzusunda təlim keçirilib

Naxçıvanda “Məzuniyyət hüququ və onun təmin edilməsi” mövzusunda təlim keçirilib
25-06-2019, 16:32

Təlim 25 iyun 2019-cu il tarixində Maliyyə Nazirliyinin iclas zalında keçirilib. 3 saat müddətində planlaşdırılan təlimə müxtəlif təşkilatlarda fəaliyyət göstərən 21 nəfər maliyyə-mühasibat mütəxəssisi cəlb edilib.

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə təlimin əsas məqsədi muxtar respublikanın dövlət büdcəsindən maliyyələşən təşkilatlarında işçilərin məzuniyyət hüququnun mövcud qanunvericiliyə uyğun olaraq təmin edilməsindən ibarətdir.
Bu məqsədlə təşkil olunmuş tədbiri Maliyyə Tədris Mərkəzinin direktoru Sevinc Cabbarova giriş sözü ilə açaraq təlimin aktuallığı və mahiyyəti barədə danışıb.
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Aparatının baş məsləhətçi - mühasibi Məmmədnağı Əkbərovun məzuniyyət hüququ və onun təmin edilməsi ilə bağlı elektron materiallarla zənginləşdirilmiş geniş çıxışı olub. Bildirilib ki, işçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, qanunvericilik ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər.
Əsas məzuniyyət, əlavə məzuniyyət, əsas və əlavə məzuniyyətlərin müddətlərinin cəmlənmə qaydası, məzuniyyət haqqı ödənilərkən nəzərə alınan əmək haqqı növləri, məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması qaydası və orta əmək haqqının əmsallaşdırılması barədə ümumi tələblər diqqətə çatdırılıb.
Təlim praktiki işlə davam edib və sonda dinləyiciləri maraqlandıran suallar ətrafında geniş müzakirələr aparılıb.

Naxçıvanda “Məzuniyyət hüququ və onun təmin edilməsi” mövzusunda təlim keçirilib
Naxçıvanda “Məzuniyyət hüququ və onun təmin edilməsi” mövzusunda təlim keçirilib

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930