SON DƏQİQƏ

naxcivanxeberleri.com

Nazir: "Son 20 ildə Azərbaycanda ilk dəfədir iyun ayında belə yüksək temperatur qeydə alınıb"

Nazir: "Son 20 ildə Azərbaycanda ilk dəfədir iyun ayında belə yüksək temperatur qeydə alınıb"
25-06-2019, 12:20

"Azərbaycanda dünən və bu gün çox isti müşahidə olunub. Ötən gün havanın temperaturu 37 dərəcə isti olub ki, bu da iyun ayı üçün rekord göstəricidir".

NAXCİVANXEBERLERİ.COMxəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev BMT-nin Dövlət xidmətləri forumu çərçivəsində keçirilən seminarda çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, son 20 ildə ilk dəfədir iyun ayında belə yüksək temperatur qeydə alınıb: "Hesab edirik ki, bu da iqlim dəyişikliyinin təzahürüdür. Son 30 il ərzində Azərbaycanda orta temperatur göstəricisi 1.4 dərəcə artıb. Hesab edirəm ki, bu, çox dramatik artımdır. Bunun da iqtisadiyyatın digər sahələrinə təsiri çox yüksəkdir".

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31