SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Müəllimlər İnstitutunda elmi-praktik konfrans keçirilib-FOTO

Naxçıvan Müəllimlər İnstitutunda elmi-praktik konfrans keçirilib-FOTO
24-06-2019, 15:56

Bugün Naxçıvan Müəllimlər İnstitutunda “Beşyaşlı uşaqların təhsilə hazırlanması işinin səmərəli təşkili yolları” mövzusuna həsr olunmuş elmi-praktik konfrans keçirilib.
Üniversitetin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, konfransda Naxçıvan Müəllimlər İnstitutunun,Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşları və2019-2020-ci tədris ilində beşyaşlılarda dərs deməsi nəzərdə tutulan bir qrup müəllim iştirak etmişdir.
Konfransı giriş sözü ilə İnstitutun Naxçıvan Müəllimlər İnstitutunun İxtisasartırma və yenidənhazırlanma üzrə prorektoru, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Azad Novruzov açaraq Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ümumtəhsil məktəbləri ilə İnstitutun əməkdaşlığı və ixtisasartırma kursunun mahiyyəti haqqında məlumat vermiş, bu günkü konfransın mahiyyət və vəzifələri diqqətə çatdırmışdır.
Sonra Naxçıvan Müəllimlər İnstitutunun kurikulum kabinəsinin müdiri Ruhəngiz Əliyeva “Məktəbəqədər təhsilin kurikulumunda interaktivlik” mövzusunda çıxış edərək məktəbəqədər təhsil proqramının (kurikulumun) xarakterik xüsusiyyətlərindən geniş məlumat vermişdir. Elmi-praktik konfransda həmçinin Naxçıvan Müəllimlər İnstitutunun metodisti,pedaqogika üzrə fəlsəfə doktoruQızıllı Əliyeva “Beşyaşlı uşaqların fiziologiyası, psixologiyası və öyrənmə xüsusiyyətləri”, Naxçıvan şəhər 10 saylı orta məktəbin müəllimi İradə Quliyeva “Məktəbəqədər təhsilin əhəmiyyəti” mövzusunda çıxışlar etmişlər. Qeyd olunmuşdur ki, beşyaşlıların təlimi təhsilin ilk pilləsi olmaqla uşaqların erkən yaş dövründə intelektual, fiziki və psixi inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini, təbiətə və insanlara həssas münasibətin formalaşmasını təmin edir.
Diqqətə çatdırılmışdır ki, beşyaşlıların məktəbə hazırlığı “Azərbaycan Respublikası məktəbəqədər təhsilin proqramı (kurikulumu) əsasında həyata keçirilir və məktəbəqədər hazırlığın məqsəd və vəzifələri uşaqlarda oxumaq həvəsinin, onların məktəbə müsbət emosional münasibətinin inkişaf etdirilməsi və möhkəmləndirilməsi, uşaqların məktəbə müvəffəqiyyətlə adaptasiya olunması üçün onlarda şəxsi-sosial xüsusiyyətlərin formalaşdırılmasından ibarətdir.
Sonda cari ilin mart ayında ixtisasartırma kursundan keçmiş 25 nəfər ibtidai sinif müəlliminə sertifikatlar təqdim olunmuşdur.



Naxçıvan Müəllimlər İnstitutunda elmi-praktik konfrans keçirilib-FOTONaxçıvan Müəllimlər İnstitutunda elmi-praktik konfrans keçirilib-FOTO
Naxçıvan Müəllimlər İnstitutunda elmi-praktik konfrans keçirilib-FOTO
Naxçıvan Müəllimlər İnstitutunda elmi-praktik konfrans keçirilib-FOTO

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031