SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda suvarma mövsümü mütəşəkkil keçir

Naxçıvanda suvarma mövsümü mütəşəkkil keçir
21-06-2019, 11:21

Muxtar respublikada suvarma mövsümünün mütəşəkkil keçirilməsi diqqət mərkəzindədir.

Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, əkin sahələrinin suya olan tələbatını ödəmək üçün may ayında bir sıra tədbirlər görülmüş, 21 kilometr magistral kanal, 31 kilometr ara arxlar və 4 kilometr kollektor lildən təmizlənmiş, 19 kilometr yeni suvarma xətti çəkilmişdir. Torpaq sahələrini sel sularının zərərli təsirindən qorumaq üçün Naxçıvançay, Arpaçay, Cəhriçay vadilərində və Qahab selovunda, ümumilikdə, 3 kilometr selə qarşı istiqamətləndirici bənd salınmışdır. Mütərəqqi suvarma şəbəkələrinin qurulması və yeni su xətlərinin çəkilməsi sahəsində görülən işlər də diqqətdə saxlanılmış, Kəngərli rayonunun Yurdçu kəndində 76 hektar, Şahbuz rayonunun Türkeş kəndində 300 hektar ərazidə qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilmiş, 13 kilometr suvarma xətti çəkilmişdir. Muxtar respublikada su təminatının həyata keçirilməsində subartezian quyularının və kəhrizlərin gücündən də geniş istifadə olunur. Qeyd olunan dövrdə 82 sub artezian quyusunda və 5 kəhrizdə təmir-bərpa işləri aparılmışdır. “Rayon mərkəzi və ətraf kənd - lərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində Şərur rayonunun Zeyvə və Düdəngə kəndlərində müxtəlif diametrli borularla 6210 metr yeni içməli su xətti çəkilmişdir.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930