15:30 - Azərbaycan cüdoçuları Böyük Dəbilqəni 2 medalla başa vurublar
15:15 - Serbiya Prezidenti: “Ukraynadakı münaqişənin qalibi olmayacaq”
15:00 - Yaxınlaşan sülh və Ermənistanın təxribatları - terror dövləti xislətindən əl çəkmir
14:30 - Ukrayna sərhədçiləri son 3 gündə Rusyanın 8 PUA-sını məhv edib
14:15 - Almaniya XİN Rusiyanın Belarusda taktiki nüvə silahları yerləşdirmək barədə qərarını qınayıb
14:00 - Milli Muğam Müsabiqəsi başlayır
13:31 - Novruz tətilindən sonrakı ilk iş gününün hava proqnozu açıqlanıb
13:00 - Hulusi Akar: “Terror təşkilatlarında ciddi çöküş yaşanır”
12:30 - Rusiya son sutkada Ukraynanın 8 rayonunu atəşə tutub, 5 mülki şəxs həlak olub
12:15 - Bu gün "Novruz şəhərciyi"nin son günüdür-FOTO
12:00 - Putin: “Çinlə hərbi-texniki əməkdaşlığı inkişaf etdiririk, amma hərbi ittifaq yaratmırıq”
11:45 - “Böyük yeddilik” ölkələri kriptoaktivlərin daha sərt tənzimlənməsini dəstəkləyir
11:15 - Ukrayna Təhlükəsizlik Şurası: “Belarus Kremlin nüvə girovuna çevrilir”
11:00 - Havanın çirklənməsi xroniki öskürək yarada bilər
10:45 - Gələn həftə Ufadan Bakıya daha bir aviareys açılacaq
Naxçıvanda Heydər Məscidi kompleksinin inşası davam etdirilir-FOTO
Naxçıvan şəhərindəki Heydər Məscidi kompleksinin inşası davam etdirilir.
NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin yaxınlığında şərq üslubunda işlənmiş memarlıq quruluşu ilə ucaldılan Heydər Məscidi kompleksinin inşası başa çatmaq üzrədir.
İnşaat işləri davam etdirilən kompleksin sahəsi 6 400 kvadratmetrdir. Eyni vaxtda 5 min nəfərin ibadət edəcəyi məsciddə qadın və kişilər üçün nəzərdə tutulmuş ibadət zalları, eləcə də mədrəsə olacaq. İki minarəli və 15 günbəzli məsciddə əsas tikinti işləri başa çatdırılıb. Hazırda kompleksin həyətində və ətrafında abadlıq-quruculuq işləri aparılır.
Naxçıvan və Şərq memarlıq üslubunda inşa olunan məscidin günbəzlərinin hündürlüyü 12, minarələrinin hündürlüyü isə 40 metrdir. Hazırda məscid binasının fasadında və daxilində işlər milli nəqqaşlıq elementləri və dini rəmzlər əsas götürülərək davam etdirilir.
Kompleksdə Naxçıvan Muxtar Respublikası qazısı yanında Şura üçün ikimərtəbəli inzibati bina və ikimərtəbəli mərasim binası da inşa olunub. İnzibati binada iş, kəbin və digər xidməti otaqlar, mərasim binasında isə ayrı-ayrılıqda qadınlar və kişilər üçün zallar, texniki otaqlar və dəstəmazxanalar olacaq. Burada da işlərin böyük bir qismi yekunlaşıb.