SON DƏQİQƏ

naxcivanxeberleri.com

Prokurorluq orqanlarına sənəd qəbulu davam etdirilir

Prokurorluq orqanlarına sənəd qəbulu davam etdirilir
19-06-2019, 18:54

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq Baş Prokurorluq tərəfindən prokurorluq orqanlarına işə qəbul olunmaq arzusunda olan şəxslər üçün 80 ştat vahidi üzrə elan edilmiş müsabiqə ilə bağlı sənəd qəbulu davam etdirilir.

Baş Prokurorluqdan NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, prokurorluq orqanlarında işləməyi arzu edən və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən gənc hüquqşünaslar Baş Prokurorluğa müraciət edərək zəruri sənədləri təqdim etməklə müsabiqədə iştirak edə bilərlər.

Sənədlərin qəbulu başa çatdıqdan sonra test imtahanının tarixi və bununla əlaqədar digər məsələlər barədə kütləvi informasiya vasitələrində və Baş Prokurorluğun internet səhifəsində (www.prokurorluq.gov.az, www.genprosecutor.gov.az) məlumat veriləcəkdir.

Sənəd qəbulu ilə bağlı 437-28-56, 492-06-82, 492-74-32, 492-62-23 nömrəli telefonlar vasitəsi ilə əlavə məlumat əldə etmək olar.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031