SON DƏQİQƏ

naxcivanxeberleri.com

Muxtar Respublikada ailə, qadın və uşaq hüquqları qorunur

Muxtar Respublikada ailə, qadın və uşaq hüquqları qorunur
19-06-2019, 16:30

Naxçıvan Muxtar Respublikasında ailə, qadın və uşaq hüquqlarının qorunması, həmçinin qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələrin icrası may ayında da diqqətdə saxlanılmışdır. Naxçıvan Muxtar Respublikasında “Dayanıqlı inkişaf üçün qadınların səlahiyyətləndirilməsi” layihəsi çərçivəsində “Maliyyə Savadlılığı” üzrə “Gələcəyini planlaşdır” mövzusunda 289 qadının iştirakı ilə 7 təlim keçirilmiş, təlim iştirakçılarına sertifikatlar təqdim olunmuşdur. Eləcə də “Ümummilli lider Heydər Əliyev və dövlət uşaq siyasəti” mövzusunda və “15 may – Beynəlxalq Ailə Günü” münasibətilə tədbirlər keçirilmişdir. Belə ki, yeniyetmə və gənclərin uzunömürlü ailələrnən görüşü təşkil edilmiş, aztəminatlı, çoxuşaqlı ailələrə baş çəkilmiş, ailə üzvləri tibbi müayinədən keçirilmiş və ehtiyaclarına uyğun köməklik göstərilib.

Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə Ordubad rayonunun Bist kəndində yaşayan evliliklərinin 70 illiyi tamam olunan uzunömürlü Tahirovlar ailəsinin yubileyi qeyd olunmuş, ailəyə hədiyyə verilib.
Həmçinin “Təbriz” restoranında Beynəlxalq Ailə Günü münasibətilə tədbir keçirilmiş, 7 ailənin evliliklərinin yubileyləri qeyd olunmuş, tədbirdə iştirak edən 19 ailəyə hədiyyələr verilmiş və tədbir bədii hissə ilə davam etdirilmişdir.
“İdeal ailənin formulu: ənənəvi dəyərlər və müasirlik” mövzusunda VI muxtar respublika müsabiqəsi keçirilmiş, müsabiqədə yer tutan 15 qalibə diplom və hədiyyələr verilib.
Naxçıvan Muxtar Respublikasında 2019-cu ilin “Ailə təsərrüfatları ili” elan olunması ilə əlaqədar Naxçıvan Biznes Mərkəzində “Naxçıvan qadınlarının sahibkarlıq fəaliyyəti: əzmkarlıqdan nailiyyətə” mövzusunda tədbir olub.
Naxçıvan Мuxtar Respublikasında uşaq hüquqlarının qorunması ilə əlaqədər 3 uşaq müəssisəsində monitorinq keçirilmiş, uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankına uşaqlar haqqında fərdi məlumatların daxil edilməsi davam etdirilib.
Sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası ilə bağlı işlər görülmüş, Babək rayon Nehrəm kənd 1 №-li tam orta məktəbdə sağlamlıq imkanları məhdud uşaqlara qarşı tolerant mühitin yaradılması ilə bağlı müvafiq uşaqların valideynləri, məktəb direktoru və psixoloqları ilə görüş keçirilmişdir. May ayı ərzində valideyn himayəsindən məhrum olmuş 3 uşağın uçotu aparılıb.
“1 iyun-Uşaqları Beynəlxalq Müdafiə Günü” ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir. Belə ki, muxtar respublikanın bütün rayonlarında bayram tədbirləri keçirilmiş, 2018-2019-cu tədris ilində müvafiq rayon üzrə müxtəlif sahələrdə fərqlənən 89 uşaq Komitə tərəfindən fəxri fərman və hədiyyə ilə təltif olunub.
Muxtar respublikada yaşayan hemofiliyalı və talassemiyalı uşaqlar üçün qanvermə aksiyası keçirilmiş və 10 litr qan toplanmışdır.
Naxçıvan şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində və M.Füzuli adına Ordubad şəhər tam orta İnternat Məktəbində bayram tədbiri keçirilmiş, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş, sağlamlıq imkanları məhdud, aztəminatlı ailədən olan 49 uşağa hədiyyələr təqdim olunub.
Muxtar respublikada yaşayan hemofiliyalı və talassemiyalı uşaqlar, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş, sağlamlıq imkanları məhdud olan uşaqların muxtar respubilkanın istirahət guşələrinə, muzeylərə və tarixi abidələrə ekskursiyası, təşkil edilmiş, həmçinin teatr tamaşaları göstərilmişdir.
“Muzey günləri” çərçivəsində Komitənin əməkdaşları Naxçıvan Dövlət Rəsm Qalereyasında olmuşlar.



Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031