SON DƏQİQƏ

naxcivanxeberleri.com

Bu ildən olimpiada nəticələri məktəblərin reytinq ballarının hesablanmasında nəzərə alınacaq

Bu ildən olimpiada nəticələri məktəblərin reytinq ballarının hesablanmasında nəzərə alınacaq
19-06-2019, 15:50

"Beynəlxalq olimpiadalarda nəticələr ildən-ilə yaxşılaşır və qısa müddətdə mühüm nailiyyətlər əldə edilir".

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimində deyib.

Onun sözlərinə görə, beynəlxalq olimpiada qaliblərinin istənilən ixtisas, respublika fənn olimpiadaları qaliblərinin isə müvafiq fənlər üzrə müsabiqədənkənar ödənişsiz əsasda ali təhsil müəssisələrinə qəbul imkanı əldə etməsi olimpiadalar sahəsində islahatların əsas göstəricisidir.

Nazir bildirib ki, Azərbaycanın bütün bölgələrində olimpiadalara hazırlıq təhsil müəssisələrinin və yerli təhsili idarəetmə orqanlarının prioriteti olmalıdır: "Artıq bu ildən olimpiada nəticələri məktəblərin reytinq ballarının hesablanmasında nəzərə alınacaq. Bu da məktəblərin və müəssisə rəhbərlərinin həvəsləndirilməsi üçün əsasdır".

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031