SON DƏQİQƏ

naxcivanxeberleri.com

Növbəti günlərdə ölkədə hava şəraiti yağmursuz keçəcək

Növbəti günlərdə ölkədə hava şəraiti yağmursuz keçəcək
24-12-2018, 15:09

Azərbaycanda növbəti iki gündə müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, dekabr ayının 25-26-da Bakıda və Abşeron yarımadasında, eləcə də bölgələrdə hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

Onun sözlərinə görə, səhər saatlarında bəzi yerlərdə duman olacağı istisna olunmur, lakin hava şəraiti bir qədər küləkli keçəcək: “Belə ki, cənub-qərb küləyi ilə şimal-qərb küləyi tez-tez bir-birlərini əvəz edəcək və küləyin sürəti arabir güclənəcək".

G.Məmmədova deyib ki, havanın temperaturu paytaxtda 9-13, bölgələrdə 9-14, dağlıq ərazilərdə isə 4-8 dərəcə isti təşkil ədəcək.(report)

gulnar

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CRRAHI

XƏBR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2020    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930