SON DƏQİQƏ

naxcivanxeberleri.com

Gilənar insan orqanizmi üçün xeyirli meyvədir

Gilənar insan orqanizmi üçün xeyirli meyvədir
16-06-2019, 12:15

Bu bitki gülçiçəklilərkimilər fəsiləsinin albalı cinsinə daxildir. Cinsin Şimal yarımkürəsində yayılmış 125-140 növündən Qafqazda 8, Azərbaycanda 7 növünə (onlardan 2 növü ancaq mədəni şəraitdə becərilir) rast gəlinir. Naxçıvan Muxtar Respublikasında isə 6 növünə (onlardan 2 növü ancaq mədəni şəraitdə becərilir) rast gəlinir. Ordubad rayonunun Ordubad şəhəri, Əndəmic, Əylis, Biləv, Behrud kəndləri ətrafındakı və həyətyanı sahələrdə, kolluqlarda, dağ yamaclarında, çay dərələrində, daşlı və qayalı yamaclarda kolluqlar arasında yayılıb.

Botaniki xüsusiyyətləri: hündürlüyü 5-6 metr olan, iri, yaxud kiçik ağac və ya koldur. Cavan zoğları əvvəlcə yaşıl, sonra isə qırmızımtıl-qonur rəngdə olur. Yarpaqları növbəli düzülmüş və payızda tökülən olub, üst tərəfdən tünd və ya açıq yaşıl, alt tərəfdən isə azacıq açıq rənglidir. Çiçəkləri çətirvari hamaş çiçəklidir. Kasayarpaqları və ləçəkləri 5-dir. Kasacıqları qısa olub, kənarlarında vəzili dişiciklər yerləşir, ləçəkləri ağdır. Erkkəkcikləri çoxdur. Çiçək yarpağı əyilmiş konusvaridir.

Meyvəsi lətli və şirəlidir. Səthi hamar, açıq-qırmızı rəngdədir. Aprel-may aylarında çiçəkləyir və iyun ayında meyvələri yetişir. Mədəni halda hər yerdə əkilib-becərilir. Mezofitdir. Avropa coğrafi areal tipinə daxildir.

Kimyəvi tərkibi və istifadəsi: qiymətli meyvə ağacıdır. Meyvələri həm təzə və həm də qurudulmuş halda yeyilir. Ondan həmçinin konserv, mürəbbə və kompot hazırlanır. Yaxşı bar verən bitkidir. Həyətyanı sahələrdə bəzək ağacı kimi yetişdirilir. Meyvəsinin turşa-şirin dadı olub, tərkibində üzvi turşular (limon, alma, xinin, kəhraba və salisil turşusu) tapılmışdır.

Meyvələrinin tərkibində eyni zamanda makroelementlər (kalium, kalsium, fosfor, maqnizium), mikroelementlər (mis, dəmir), pektin maddələr, aşı maddələr, fermentlər, antosian, şəkər (qlükoza, fruktoza), A, C, B-2, PP, P vitaminləri və kumarinlər vardır.



Əbdül Haşımov,

Bağban

“El həyatı” qəzeti

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031