Zelenski və Ərdoğan Rusiya-Ukrayna müharibəsində baş verənləri müzakirə ediblər

Zelenski və Ərdoğan Rusiya-Ukrayna müharibəsində baş verənləri müzakirə ediblər

29 May 2023

Ukrayna Prezidenti Volodimir Zelenski türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana zəng edərək, onu yenidən prezident seçilməsi münasibətilə təbrik edib. Danışıq zamanı Rusiya-Ukrayna müharibəsində baş verənlər və regional məsələlər də müzakirə edilib.

NAXCİVANXEBERLERİ.COM-un xəbərinə görə, bu barədə Türkiyə Prezident Administrqasiyası məlumat yayıb.

Qeyd edilir ki, Niderlandın Baş naziri Mark Rutte də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək, onu seçkilərdə qələbə qazanması münasibətilə təbrik edib.

Rutte seçkinin nəticələrinin Türkiyə xalqı üçün xeyirli olmasını arzulayıb.