
Zakir Nuriyev: "Bütün banklar sığorta agenti lisenziyasına sahib olacaqlar"
Azərbaycandakı bütün kommersiya bankları qarşıdakı dövrdə Mərkəzi Banka müraciət edəcək və zəruri prosedurdan keçdikdən sonra sığorta agenti lisenziyasına sahib olacaqlar.
NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bunu "Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyinin sədri Zakir Nuriyev bildirib.
"Bankların qanunvericiliklə sığorta agenti olmaq hüququ var. Bu hüququ əldə etmək üçün müvafiq lisenziya alınır. Hazırda 16 bankın belə lisenziyası var. Hesab edirəm ki, bu məsələ bütün bankları əhatə edəcək", - deyə o qeyd edib.