Yetkinlik yaşına çatmayan şəxs hansı hallarda tam fəaliyyət qabiliyyətli sayıla bilər ? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: On altı yaşı tamam olmuş yetkinlik yaşına çatmayan şəxs hansı hallarda tam fəaliyyət qabiliyyətli sayıla bilər?
Cavab: Azərbaycan Respublikası Mülki Məcəllənin 28.4-cü maddəsinə əsasən On altı yaşı tamam olmuş yetkinlik yaşına çatmayan əmək müqaviləsi üzrə işləyirsə və ya valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin razılığı ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olursa, tam fəaliyyət qabiliyyətli sayıla bilər. Hər iki valideynin, övladlığa götürənlərin və ya himayəçinin razılığına əsasən qəyyumluq və himayəçilik orqanının qərarı ilə, belə razılıq olmadıqda isə məhkəmənin qərarı ilə yetkinlik yaşına çatmayan tam fəaliyyət qabiliyyətli sayılır.
Sualı cavablandırdı: Kəngərli rayon prokurorunun köməkçisi III dərəcəli hüquqşünas - Şahmar Həşimov