
Yalçın Rəfiyev Brüsseldə keçirilən konfransda iqlim dəyişikliyi məsələlərini müzakirə edib
Azərbaycanın Avropa İttifaqı (Aİ) yanındakı Nümayəndəliyi ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) Aİ-dəki Nümayəndəliyi birgə “Ambisiya, həyata keçirmə və inklüzivlik vasitəsilə iqlim fəaliyyətinin gücləndirilməsi” mövzusunda konfrans təşkil ediblər.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə BMT İnkişaf Proqramının (UNDP) "X" hesabında paylaşım edilib.
Bildirilib ki, tədbirdə COP29-un baş danışıqçısı Yalçın Rəfiyev ilə Aİ və BMT sistemindəki tərəfdaşların iştirakı ilə müzakirələr keçirilib.