Yalançı sahibkarlığa görə inzibati məsuliyyətin həddi necə müəyyən edilib ? -

Yalançı sahibkarlığa görə inzibati məsuliyyətin həddi necə müəyyən edilib ? - HÜQUQ MƏSLƏHƏTİ

14 Noyabr 2024

Sual: Yalançı sahibkarlığa görə inzibati məsuliyyətin həddi necə müəyyən edilmişdir?

Cavab: Yalançı sahibkarlıq, yəni kredit almaq, rüsumlardan azad olmaq və ya digər əmlak mənfəəti əldə etmək, yaxud qadağan edilmiş fəaliyyəti gizlətmək məqsədi ilə sahibkarlıq fəaliyyəti həyata keçirmək niyyəti olmadan müəssisə və digər hüquqi şəxsin yaradılmasına görə-inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir.

Sualı cavablandırdı: Naxçıvan şəhər prokurorunun böyük köməkçisi kiçik ədliyyə müşaviri - Elməddin Bağırov