
Xəzərdə külək enerjisinin inkişafı üzrə əməkdaşlıq imkanları müzakirə edilib - FOTO
Xəzər dənizində külək enerjisinin inkişafı üzrə əməkdaşlıq imkanları müzakirə edilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
O bildirilib ki, Avropa İttifaqının (Aİ) enerji və mənzil məsələləri üzrə komissarı Dan Yorgensen və “WindEurope” Avropa Külək Enerjisi Assosiasiyasının baş direktoru Giles Dickson, enerji şirkətləri və maliyyə institutlarının iştirakı ilə Xəzər dənizində külək enerjisinin inkişafı üzrə əməkdaşlıq imkanlarını müzakirə edilib.
Nazir qeyd edib ki, Azərbaycanın enerji resursları və təşəbbüskarı olduğu interkonnektorlar, Avropanın dayanıqlı enerji təhlükəsizliyini təmin etməklə yanaşı, geniş əməkdaşlıq əlaqələrinin inkişafı üçün mühüm perspektivlər təqdim edir.