Xarici işlər nazirinin müavini İƏT İcraiyyə Komitəsinin növbədənkənar görüşündə iştirak edib

Xarici işlər nazirinin müavini İƏT İcraiyyə Komitəsinin növbədənkənar görüşündə iştirak edib

07 Avqust 2024

Avqustun 7-də Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatının İcraiyyə Komitəsinin xarici işlər nazirləri səviyyəsində növbədənkənar görüşü keçirilib.

XİN-dən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə bildirilib ki, görüşdə Azərbaycan Respublikasını xarici işlər nazirinin müavini Yalçın Rəfiyev təmsil edib.

Tədbir zamanı İsrail-Fələstin münaqişə zonasinda son vəziyyət, onun regiona yaratdığı təhdidlər və həll yolları müzakirə edilib.

Görüşün sonunda Yekun Kommünike qəbul edilib.