Xanlar Mustafayev Kəngərlidə vətəndaşlarla görüşüb - FOTO
Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Xanlar Mustafayev 28 noyabr 2024-cü il tarixdə Kəngərli rayonunda vətəndaşları qəbul edib
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, əvvəlcə nazir Xanlar Mustafayev və Kəngərli rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov Ümummilli Liderimiz Heydər Əliyevin rayon mərkəzində ucalan abidəsi ziyarət edib, abidə önünə tər güllər düzüblər.
Kəngərli rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən qəbulda Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərləri də iştirak ediblər.
Qəbul zamanı işlə təminolunma və digər məsələlərlə bağlı vətəndaşların müraciətləri dinlənilib. Müraciətlərin bir çoxu yerindəcə həllini tapıb, digərlərinin qanunvericiliyin tələbləri çərçivəsində baxılması üçün aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.