Vüqar Mustafayev müdafiə sənayesi naziri təyin edilib -

Vüqar Mustafayev müdafiə sənayesi naziri təyin edilib - SƏRƏNCAM

18 Noyabr 2023

Vüqar Valeh oğlu Mustafayev Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini vəzifəsindən azad edilib.

NAXCİVANXEBERLERİ.COM-un xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb.

Dövlət başçısının digər Sərəncamı ilə Vüqar Valeh oğlu Mustafayev Azərbaycan Respublikasının müdafiə sənayesi naziri təyin olunub.