Vüqar Abbasov şəhid ailələri və kənd sakinləri ilə görüşüb -

Vüqar Abbasov şəhid ailələri və kənd sakinləri ilə görüşüb - FOTO

31 May 2024

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov Qaraçuq kənd İcra Nümayəndəliyində Qaraçuq, Tumbul, Qaraxanbəyli, Bulqan kənd sakinləri və şəhid ailələri ilə görüş keçirib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, görüşdə kənd sakinlərinin və şəhid ailələrinin təklifləri, problemləri dinlənilib. Məsələlərin həlli ilə bağlı müvafiq orqanlarla görüşlər keçirilməsi və həll olunması nəzərdə tutulub.

Sonra müvafiq ərazilərə baxış keçirilib.