Vüqar Abbasov “Caspian Business Award” mükafatına layiq görülüb -

Vüqar Abbasov “Caspian Business Award” mükafatına layiq görülüb - FOTO

19 Dekabr 2024

Dekabrın 18-də "Yaşıl Dünya Naminə Həmrəylik İli" və "Caspian Energy" brendinin 25 illik yubileyinə həsr olunmuş 11-ci Beynəlxalq "Caspian Business Award" mükafatının təltifetmə mərasimi keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbirdə Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti, Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının sədri və "Cahan Şirkətlər Qrupu"nun təsisçisi Vüqar Abbasov, həmçinin şirkətin rəhbər heyəti iştirak edib.

Vüqar Abbasov sahibkarlığın inkişafına verdiyi xüsusi töhfəyə görə "Caspian Business Award" mükafatı ilə təltif olunub. Tədbirdə iqtisadiyyatın müxtəlif sahələrində uğur qazanan şəxslərin fəaliyyətləri yüksək qiymətləndirilib.