Voleybol üzrə "Muxtariyyət kuboku" uğrunda birincilik keçirilir - FOTO, YENİLƏNƏCƏK
Azərbaycan və Türkiyə komandalarının iştirakı ilə Naxçıvanda yeniyetmə qızlar arasında voleybol üzrə "Muxtariyyət kuboku" uğrunda birincilik keçirilir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Azərbaycan Voleybol Federasiyasının dəstəyi ilə keçiriləcək yarışda U-16 Azərbaycan millisi, Gəncə, Sumqayıt, Tovuz, Şərqi Zəngəzur Regional voleybol klublarının, Türkiyənin Əskişəhər və İğdır şəhərlərinin komandaları və Naxçıvan yığması iştirak edirlər.
Yarış Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunub.
4-7 sentyabr 2024-cü il tarixlərində təşkil olunan birinciliyə Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksi ev sahibliyi edir.
Qeyd edək ki, ilk görüş Naxçıvan və Sumqayıt komandaları arasında baş tutacaq.