Vətəndaşın ölkədən kənarda cinayət məsuliyyətinə cəlbi...

Vətəndaşın ölkədən kənarda cinayət məsuliyyətinə cəlbi... HÜQUQ MƏSLƏHƏTİ

12 Oktyabr 2024

Sual: Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdikləri əmələ (hərəkət və ya hərəkətsizliyə) görə cinayət məsuliyyətinə cəlb edilmə qaydası hansı formada həyata keçirilir?

Cavab: Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdikləri əmələ (hərəkət və ya hərəkətsizliyə) görə, bu əməl həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, Cinayət Məcəlləsi əsasında cinayət məsuliyyətinə cəlb edilirlər.

Sualı cavablandırdı: Kəngərli rayon Prokurorunun köməkçisi III dərəcəli hüquqşünas - Şahmar Həşimov