"Vətən fədailəri" layihəsi uğurla davam edir - MÜSAHİBƏ
Bu gün zəfər tariximizin 4-cü ildönümü ərəfəsində zəfəri bizə bəxş edən qəhrəman şəhidlərimizdən biri olan Quliyev Şahmar Kəmaləddin oğluna həsr edilən "Şahmarın eşq əsəri" adlı kitabın II nəşrinin 2-ci təqdimatı mərasimi Naxçıvanda keçirilib.
Kitabın müəllifi Manya Səxavətqızı fikirlərini "NAXÇIVANXƏBƏRLƏRİ" -nə bölüşüb.
Qeyd edib ki, 11 kitabımdan biri də "Şahmarın eşq əsəri" kitabıdır. 11 kitabın 9-u şəhidlərimizə həsr olunub.
Bu səfər mənim Naxçıvana demək olar ki, üçüncü səfərimdir, inşallah ki, növbəti dəfələrdə də şəhidlərimizin adlarına layiq işlər ərsəyə gətirib, beləcə bu doğma yurdumuzun qonağı olarıq.
"Vətən fədailəri" layihəsi mütəmadi olaraq ərsəyə gəlir, hazırda layihənin V cildinin bir çox hissəsi yazılıb tamamlanıb. Adı hələ oxucularımız üçün sirr qalsın, o kitabımız da şəhidlərimizin adına layiq şəkildə çap olunacaq". - deyə müəllif bildirib.
Mənsurə Hümbətova