Vaxtında peyvənd olmamağın fəsadları

Vaxtında peyvənd olmamağın fəsadları

14 Yanvar 2024

Qızılcanın başlıca səbəblərindən biri peyvənd olunmayan uşaqların xəstəliyi ağır keçirməsidir. Xəstəliyin bəlkə də, ən böyük səbəbi peyvənd olunmamaqla əlaqələndirilir. Digər tərəfdən uşaq yaşlarında həmin xəstəliyi keçirməmək və yaşlı vaxtda keçirən zaman ağır fəsadlara yol açır.

NAXCİVANXEBERLERİ.COM-un həkimlərdən əldə etdiyi məlumata görə xəstəliyin ilkin əlaməti bunlardır: burun axıntısı, quru öskürək, yüksək qızdırma və gözlərdə yaranan qızartı. Virusa yoluxanlarda tez-tez rast gəlinən hallardan: işığa qarşı olan həssaslıq, bədən nahiyyələrində meydana gələn səpgilər və ağız içində ağ nöqtələrdir. Həmin əlamətlər baş verən zaman həkimə müraciət etmək məsləhətdir.

Bəzi vaxtlar xəstəliyin ölümlə nəticələyindinin şahidi oluruq. Bu hal çox vaxt yaşını tamam etməmiş körpə uşaqlarda, şəkərli diabet və xroniki xəstəliklərin daşıyıcı olanlarda baş verir.

Qeyd edək ki, bu xəstəliyin məsuliyyəti valideynlərin üzərinə daha çox düşür ki, övladlarını peyvənddən uzaq tuturlar. Qızılcadan qorunmaq üçün peyvənd əsas şərtdir.

Mənsurə Hümbətova