Valideyn himayəsindən məhrum olmuş uşaqlara aliment necə müəyyən olunur? -

Valideyn himayəsindən məhrum olmuş uşaqlara aliment necə müəyyən olunur? - HÜQUQ MƏSLƏHƏTİ

15 Fevral 2025

Ailə Məcəlləsinə əsasən, valideyn himayəsindən məhrum olmuş uşaqlara görə aliment Ailə Məcəllənin müvafiq maddələrinə uyğun olaraq tutulur və uşağın qəyyumuna (himayəçisinə) və ya himayədar valideynlərə (atalığa, analığa) ödənilir.

Valideyn himayəsindən məhrum olmuş və sosial xidmət müəssisələrində yerləşdirilən uşaqların valideynlərindən tutulan aliment həmin müəssisələrin hesabına keçirilir və hər bir uşağın özünə xərclənir.

Göstərilən müəssisələr həmin məbləğləri bankda saxlaya bilər. Məbləğlərin dövriyyəsindən alınan gəlirin 50 faizi uşaqların saxlanmasına sərf olunur. Uşaq bu müəssisələri tərk etdikdə aliment məbləğlərinin cəmi və alimentin dövriyyəsindən əldə olunan gəlirin 50 faizi uşağın adına bankda açılan hesaba köçürülür.

Qeyd: Sualları Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Qanunvericilik bölməsinin əməkdaşları cavablandırır