"Uşaq yetişdirmə sənəti " adlı kitabın təqdimatı keçirilib -

"Uşaq yetişdirmə sənəti " adlı kitabın təqdimatı keçirilib - FOTO

21 Aprel 2024

"Günəş" Uşaq Akademiyasının təsisçisi jurnalist, pedaqoq Ulduz Eyvazqızının "Uşaq yetişdirmə sənəti" adlı kitabının təqdimatı keçirilib. 

Ümummilli lider H.Əliyevin 100 illik yubileyinə həsr olunmuş kitabda uşaqların tərbiyə prosesinin düzgün qurulması, valideynlərin doğru bildiyi yanlışlar, uşaq tərbiyəsinə dair dahilərin aforizmləri, ümummilli lider H.Əliyevin uşaqlar haqqında fikirləri yer alıb. 

Tədbirdə həmçinin "Günəş" Uşaq Akademiyasının nəşri olan "Günəş" uşaq jurnalından da bəhs olunub. Qeyd edək ki, bu jurnalın ilk rubrikası "Öncə Vətəndir" rubrikasıdır. Bu rubrikada ərazi bütövlüyümüz uğrunda şəhid olan igid oğullarımızdan bəhs edir. 

Bu jurnal uşaqların erkən yaşlarından vətənpərvərlik ruhunda böyüməsində əvəzsiz rol oynayır. 

Tədbirdə ictimaiyyət nümayəndələri, Türkiyənin Naxçıvandakı Baş Konsulu Asip Kaya, ziyalılar, ədəbiyyatçılar, şəhid ailələri, uşaqlar iştirak edib. Kitabın ərsəyə gəlməsini yüksək qiymətləndirib, kitab haqqında fikirlərini bildiriblər. 

Tədbirin sonunda Ulduz Eyvazqızı yeni nəşr olunan kitab haqqında NAXCİVANXEBERLERİ.COM üçün müsahibə verib. 

"Əgər gələcəyimizi bu günün uşaqlarına əmanət ediriksə, onların düzgün tərbiyə olunması, hansı ideyalara qulluq etməsi hər birimizi ciddi düşündürməlidir. Ona görə də uşaqlara hər zaman diqqət və qayğı göstərilməli, onların düzgün tərbiyə olunmalarına, qarşılaşdıqları problemlərin aradan qaldırılmasına xüsusi diqqət yetirməlidir. Müəllifi olduğum kitabda məhz bu nüanslar yer alıb. 

İnanıram ki, bu kitab hər bir valideyn üçün asan bir vasitə, sadə yol seçməkdə yardımçı rolunu oynayacaqdır. Axı uşaqlar dövlətin gələcəyidir. Əgər biz gələcəyimizi gülüstana çevirmək istəyiriksə mütləq uşaqların təlim-tərbiyyəsi ilə ciddi məşğul olmalıyıq. 

Mətin Kamal