
Ünvanlı dövlət sosial yardımla bağlı maarifləndirici tədbirlərin keçirilməsi davam etdirilir -
Muxtar respublikada ünvanlı dövlət sosial yardımın elektron sistem üzərindən təyinatının tətbiqi ilə bağlı maarifləndirici görüşlərin keçirilməsi davam etdirilir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları tərəfindən keçirilən növbəti maarifləndirmə görüşləri Şahbuz, Kəngərli, Babək və Ordubad rayonlarında olub.
Qeyd edilən rayonların İcra Nümayəndəlikləri əməkdaşlarının iştirak etdiyi görüşlərdə ünvanlı dövlət sosial yardımın təyin olunması üçün müraciət edilməsi, verilməsi və verilməsindən imtina edilməsi qaydaları ilə bağlı iştirakçılar maarifləndirilib.