UNEC ilə Rumıniyanın Braşov Transilvaniya Universiteti əməkdaşlıq edəcək

UNEC ilə Rumıniyanın Braşov Transilvaniya Universiteti əməkdaşlıq edəcək

16 İyul 2024

Rumıniyanın Braşov Transilvaniya Universitetinin rektoru professor İoan Abrudan Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.

UNEC-dən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə bildirilib ki, rektor professor Ədalət Muradovla görüşdə iki universitet arasında əməkdaşlıq imkanları barədə müzakirələr aparılıb.

Müzakirələrin sonunda doktorantura üzrə birgə fəaliyyətin təşkili, tədqiqatçıların və müəllimlərin mübadiləsinə dair razılıq əldə edilib.