Ümumdünya Atletikası Rusiyada dostluq oyunlarının keçirilməsini dəstəkləməyib
Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası (“World Athletics”) dostluq oyunlarının Rusiyada keçirilməsini dəstəkləmir.
NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bunu qurumun prezidenti Sebastyan Kou bildirib.
"Dostluq oyunlarına gəlincə, mən o qədər də həvəsli deyiləm. Bu mövzu ilə bağlı bir neçə federasiya bizə sorğu göndərib və onlara aydın şəkildə cavab verdik ki, bu, bizim dəyərlərimizə, yarış təqviminə uyğun deyil", - Kou deyb.