Ukrayna səfiri Azərbaycanın energetika naziri ilə görüşüb

Ukrayna səfiri Azərbaycanın energetika naziri ilə görüşüb

20 İyun 2024

Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusyev Azərbaycann energetika naziri Pərviz Şahbazovla görüşüb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, diplomat bu barədə “X”də yazıb.

"Azərbaycanın energetika naziri ilə məhsuldar görüşüm olub. Enerji sistemimizə göstərilən humanitar yardıma görə nazirə minnətdarlığımı bildirdim. Görüş zamanı ölkələr arasında enerji sahəsində ikitərəfli əməkdaşlığın mövcud vəziyyət və perspektivlər müzakirə edilib”, - o bildirib.