Ukrayna Krımda xüsusi əməliyyat keçirib

Ukrayna Krımda xüsusi əməliyyat keçirib

02 Aprel 2024

Ukrayna ordusu işğal altındakı Krım yarımadasında xüsusi əməliyyat keçirib.

NAXCİVANXEBERLERİ.COM "UNİAN"a istinadən xəbər verir ki, hücumun arxasında Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi dayanır.

Qeyd olunub ki, əməliyyat çərçivəsində Sevastopolda hərbi obyekti enerji təchizatı ilə təmin edən infrastruktur sıradan çıxarılıb.

Bundan sonra Sevastopolun bəzi yerlərində elektrik enerjisinin verilməsi dayandırılıb.

Mənsurə Hümbətova